image-qanunla-reklam
image-1634757660_fotojet-2021-10-20t162025-755

Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin, ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiqi təklifini dəstəkləyib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.
V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar isə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla əlaqədar vəziyyətin pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Prezidentə müraciət etmişdi.(oxu.az)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki