ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna danışıqlarından kənarlaşdırılıb.
Qanunla.az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiya tərəfi Kelloqun diplomatik prosesdə iştirakına qarşı çıxıb. Yüksək səviyyəli rus mənbəsi Rusiya prezidenti Vladimir Putinin onu “Ukraynaya çox yaxın” hesab etdiyini və danışıqlar üçün “yanlış adam” adlandırdığını bildirib.
Bu məlumatı Tramp administrasiyasındakı mənbə də təsdiqləyərək, Kelloqun vəzifədən çıxarılmasında israrlı olanın Moskva olduğunu bildirib. O, Amerika nümayəndə heyətinin Rusiya və Ukrayna nümayəndələri ilə fevral və mart görüşlərində iştirak etməyib.
NBC News qeyd edir ki, hazırda Kelloqun gələcək danışıqlarda hansı rol oynaya biləcəyi bəlli deyil.