image-qanunla-reklam
image-0d77984391b45676fcc7dda5cc5fcb3e

Putin Trampın xüsusi nümayəndələri ilə GÖRÜŞƏCƏK – Lukaşenko TARİXİ AÇIQLADI

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndələri ilə Ukraynadakı atəşkəs barədə danışacaq.

Qanunla.Az xəbər verir ki, bu məlumatı Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə görüşündə açıqlayıb.

“Bu gün və ya sabah Vladimir Vladimiroviç Trampın nümayəndələri ilə bu mövzuda danışacaq. Burada yalnız 30 günlük atəşkəs deyil, digər bir çox məsələ də müzakirə olunacaq. Bu məsələləri bütöv bir paket olaraq qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək lazımdır”, – Lukaşenko deyib.

Əvvəlcə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uittkof Rusiya tərəfini Ukraynada atəşkəs sazişi imzalamağa razı salmaq üçün Moskvaya səfər edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov əvvəlki açıqlamasında Stiv Uittkofun Moskvaya səfərinin detallarını şərh etməkdən imtina edib və tərəflərin danışıqların məxfi saxlanacağı barədə razılaşdıqlarını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki