image-970_50
image-bayden-putin

Putin və Bayden bunu müzakirə edəcək – Kosaçev

image-728_90

Rusiya və ABŞ prezidentləri görüş zamanı strateji təhlükəsizlik və silahlanmaya nəzarət razılaşmalarına yenidən baxmaq məsələlərinə toxuna bilərlər.

Qanunla.Az  xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.

“ABŞ-a aydındır ki, hərbi sahədə Rusiya üzərində üstünlüyə nail olmaq, strateji nüvə balansını pozmaq, sadəcə, mümkün deyil. Bu isə o deməkdir ki, razılaşmalara qayıtmaq lazımdır. Ola bilsin ki, Açıq Səma razılaşmasını diriltmək barədə müzakirə aparılacaq”, – Kosaçev bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Söhbət zamanı Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşməyi təklif edib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki