image-qanunla-reklam
image-1620223519-1620223327601_ery58sqy

Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Qanunla.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Putin və Ərdoğan aktual regional problemləri müzakirə ediblər.

Rusiya və Türkiyə liderləri Suriya və Liviya münaqişəsi barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki