image-qanunla-reklam
image-putin

Putinə inflyasiya zərbəsi: ikiqat bahalaşma, işçi çatışmazlığı…

image-lady-day-az

Rusiya Ukraynada müharibəni davam etdirərkən, ölkə daxilində də problemlərlə – inflyasiya ilə üzləşir. Ötən il Rusiya Mərkəzi Bankı qiymətlərə nəzarət etmək üçün əsas faiz dərəcəsini iki dəfə artırdı.

Qanunla.Az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”da yayımlanan məqalədə deyilir.

Bildirilib ki, bununla belə, inflyasiya artmaqda davam edir və bu ay 9% təşkil edib:

“Müxtəlif sənaye sahələrində malların və xidmətlərin qiymətləri artıb: kartofdan (bu il 91% artıb) ekonom sinif uçuşlarına qədər (35%)…

Cümə günü Mərkəzi Bank əsas faiz dərəcəsini iki faiz bəndi artıraraq illik 18 faizə çatdırıb. İnflyasiya Rusiya müharibə iqtisadiyyatının xarakterik xüsusiyyətinə çevrildi. Qiymətlərin qalxmasına hərbi xərclərin artması, eləcə də əmək qabiliyyətli yaşda olan kişilərin bəzilərinin cəbhəyə getməsi, digərlərinin isə ölkədən qaçması ilə bağlı rekord işçi çatışmazlığı səbəb olub. ABŞ-ın yeni sanksiyaları beynəlxalq ödənişləri çətinləşdirib və idxalçılar üçün xərcləri artırıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki