Rusiya ərazisinə ballistik raketlərin buraxılmasına cavab olaraq Moskvanın nüvə silahı ilə hədələməsi onu göstərir ki, Rusiya Prezidenti Vladimir Putin sülh deyil, mümkün qədər uzunmüddətli müharibə istəyir.
Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı min günlük tammiqyaslı müharibəsi başa düşməyə kifayət qədər əsas verir ki, Vladimir Putin heç bir sülh istəmir, çünki bu gün də ruslar Ukraynanın dinc əhalisini qətlə yetirirlər.