image-qanunla-reklam
image-bayden-putin-yeni

Putinlə Bayden arasında zarafat… – Kreml

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında onlayn görüşün işgüzar xarakter daşımasına baxmayaraq, danışıqlarda həm zarafat, həm də keçmişin müzakirəsi üçün yer var idi.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, ciddi adamlar arasında dialoq çərçivəsində zarafatlardan istifadə başadüşüləndir.

Bundan əlavə, danışıqlar zamanı Putin və Bayden İkinci Dünya müharibəsinin ümumi xatirələrini müzakirə ediblər.

“Hər ikisi dedi ki, bəlkə də biz müttəfiq olduğumuzu daha tez-tez xatırlamalıyıq. Çünki ölkələrimizin sülhün və sabitliyin qorunmasında xüsusi məsuliyyəti var”, – Uşakov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki