image-qanunla-reklam
image-putin-zelenskiy

Putinlə Zelenski arasında “tarixi görüş” olacaq – Kiyev

image-lady-day-az

Ukrayna və Rusiya prezidentləri arasında danışıqların tarixi və yeri hələ məlum deyil, lakin mənalı görüş olacaq.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak söyləyib.

“Prezidentdən bir təlimat aldım, buna görə indi üzərində işləyirəm. Bu danışıqların nə tarixi, nə də yeri məlumdur, amma çox mənalı olacağına qəti əminəm, çünki danışılacaq çox şey var.

Dekabr ayında “Normand formatı”nda sammit zamanı əldə edilmiş razılaşmaların nəticələrini müzakirə etmək lazımdır. Çox sayda məsələnin müzakirə edilməsinə ehtiyac var. Buna görə inanıram ki, bu danışıqlar əhəmiyyətli və həqiqətən tarixi ola bilər”, – Yermak vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Ukrayna lideri Vladimir Zelenski açıqlamasında Yermaka rusiyalı həmkarı Vladimir Putinlə görüşün hazırlanması barədə tapşırıq verdiyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki