“Araz Supermarket” şirkətinə qarşı mənimsəmə olub.
Qanunla.az-ın əldə etdiyi məlumata görə, Mustafayeva Ləman Afiq qızı şirkətin pulunu mənimsəyib.
Eyni zamanda zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu (DSMF) da tanınır.
Artıq cinayət işi yekunlaşıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası mayın 25-nə təyin edilib.
Qeyd: Ləman Mustafayeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.