image-qanunla-reklam
image-1700831228_1

Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

image-lady-day-az

Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Qadın müqəddəs varlıqdır. Zaman-zaman bütün dünya miqyasında kişilər tərəfindən qadınlara qarşı zorakılıq halları baş verib. Təəssüf ki, bir çox hallarda güclü cinsin nümayəndələri zərif məxluqlara münasibətdə insanlıqdan kənar davranışlar sərgiləməkdən belə çəkinməyib.
Bu mənada qadınların müdafiəsi hər zaman aktual olaraq qalır. Uzun əsrlərdən bəri qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyələrdə çoxsaylı işlər görülüb. Qadınların apardığı mübarizənin nəticəsidir ki, 1910-cu ildən başlayaraq 8 mart tarixi qadınlar günü kimi qeyd olunmağa başlayıb. Artıq bir əsrdən çoxdur ki, hər il əksər dünya ölkələrində 8 mart bayramı böyük təntənə ilə qeyd olunur. Həmin gün hətta qeyri-iş günü sayılır. Bundan başqa, qadınların hüquqlarının daha intensiv şəkildə müdafiəsinə nail olmaq üçün noyabrın 29-u Qadın Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi yad edilir.
Azərbaycan Konstitusiyası, hər bir ölkə vətəndaşı kimi, qadınların da hüquqlarını qoruyur. Bizdə kişilər kimi, qadınlar da eyni hüquq və vəzifələrə sahibdir. Yəni kişi cinsindən olan insanların istifadə etdiyi hüquq və azadlıqlardan qadınlar da heç bir fərq qoyulmadan istifadə edə bilir. Ailənin formalaşması və inkişafında qadın eyni, bərabər status və üstünlüklərə malik olduğu kimi, cəmiyyət həyatının bütün sahələrində də onun hüquqları bərabərdir. Azərbaycan qadınları son illərdə bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə edib. Gender probleminin aradan qaldırılması sahəsində ciddi işlər görülüb və görülməkdədir. Artıq ölkədə çalışan müəllim kollektivinin əksəriyyətini zərif cinsdən olanlar təşkil edir. Bunu səhiyyə sisteminə də aid etmək olar. Müəlllimliklə bağlı olan sahələrdə rəhbər strukturlarda da qadınların sayı artmaqdadır. Xeyli sayda orta məktəb var ki, onlara qadın direktorlar rəhbərlik edir. Parlamentdə təmsil olunanlar arasında qadınların sayında artım müşahidə olunur. Bəzi siyasi partiyalarda qadınların da irəli çəkilməsinə şərait yaradılır. Bir müəllim, eyni zamanda bir məktəb rəhbəri olaraq bütün dünya qadınlarını 8 mart- Beynəlxalq Qadınlaq Günü münasibətilə təbrik edirəm.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki