image-qanunla-reklam
image-1673935174_eski-sevgilisini-oldurerek-ormana-gomen-kisi-15562597_1926_o

Qadın müğənni sevgilisini öldürdü, sonra isə… (VİDEO)

image-lady-day-az

İstanbulda dəhşətli cinayət hadisəsi qeydə alınıb.  

“Qanunla.az” haberler.com-a istinadən xəbər verir ki, müğənni və model Seçil Çiftçi keçmiş sevgilisini öldürüb, atasının köməyi ilə cansız bədənini meşədə basdırıb.

Belə ki, İstanbul İl Jandarma Komandanlığı Sancaktepedəki meşəlik ərazidə əlləri və ayaqları bağlı naməlum kişi cəsədi tapıblar.  Araşdırmalardan sonra məlum olub ki, cəsəd Semih Sevgi adlı şəxsə məxsusdur.

Cinayət hadisəsində şübhəli bilinən Semih Sevginin keçmiş sevgilisi Seçil Çiftçi və onun atası Ç.Ç polis tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı məlum olub ki, qadın müğənni onunla barışmaq istəyən keçmiş sevgilisinin başına dəmir stulla zərbə endirib. Daha sonra o, Semihin öldüyünü görüb və atasından yardım istəyib.  Belə  ki,  Ç.Ç qızına yardım edərək, oğlanın cansız bədənini  avtomobilə aparıblar.  Hadisəni əks etdirən görüntülər küçədəki müşahidə kameralarında yer alıb.

Seçilin ifadəsində keçmiş sevgilisinin cəsədfini meşəlik ərazidə basdırdığını etiraf edib.

Polis Seçil Çiftinin evində  axtarış aparıb.  Məlum olub ki, müğənni və model kimi fəaliyyət göstərən Seçilin evində narkotik maddə aşkarlanıb.  Hazırda Çiftçilər barəsində  cinayət işi açılıb. İstintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki