image-qanunla-reklam
image-ambulans-baki

Qadın qonşusu tərəfindən dəmir parçası ilə döyüldü, öldü

image-lady-day-az

Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

Qanunla.az xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki