image-qanunla-reklam
image-ccelebrities31404348-0-image-a-2_1596185727045

  Qadın saxta hesabdan istifadə edərək qohumunun qatilini tapdı – FOTO

image-lady-day-az

Britaniyalı qadın “Facebook”da saxta hesabdan istifadə edərək qohumunun qatilini tapıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Məlumata görə, əvvəllər müəllim işləyən 59 yaşlı Kristin Robinson 2014-cü ildə Cənubi Afrikada bıçaqlanaraq öldürülüb. Onun cəsədi yorğana bükülmüş vəziyyətdə Marakel Milli Parkının kənarında safari evində tapılıb. Cinayətdə şübhəli bilinən bağban Andrea Imbayarvo isə qaçmağa müvəffəq olub.

Ancaq öldürülənin qardaşı qızı, Kent şəhərindən olan 50 yaşlı Leann Sersison təslim olmayıb və onun izini axtarıb. Nəhayət illər sonra buna nail olub.

Qadın “Facebook” sosial şəbəkəsində saxta hesab yaradaraq, cazibədar stüardessa Missi Falkao adı altında Andrea ilə flört etməyə başlayıb. Bir müddət sonra onunla Yohannesburqda görüş barədə razılığa gəlir, polisi də bu barədə xəbərdar edir, ancaq kişi görüşə gəlməyib.

Bundan sonra yeddi ay müddətində “Facebook”a girməyən İmbayarvo ad günündə çəkdirdiyi selfini paylaşması ilə özünü ələ verib.

Leann həmin fotonu sosial şəbəkədə yerləşdirir, görüntü 70 mindən artıq paylaşılır.

Şübhəli bir neçə saat içində saxlanılıb.

31 yaşlı şübhəliyə immiqrasiya cinayətləri, təcavüz, qətl və soyğun maddələri ilə cinayət işi açılıb.

“Krissi öldürüləndə qərar verdim ki, ədalət bərqərar olmayınca dayanmayacağam. Elə düşünürdüm ki, bunu mən etməsəydim, onu  heç vaxt tutmayacaqlar. Cinayətkarın nəhayət məhkəmə qarşısına çıxarılacağına çox şadam”, – deyə Leann bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki