Bakı sakini evində döyülüb, əlləri iplə bağlanıb.
Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3 800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını deyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.