image-970_50
image-1637313309_hebs_qadin_0414

Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS OLUNDU

image-suni_mayalanma_qiymeti

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Zaqatala rayon sakini Sevinc Durmuşova tutulmuşdur.

DİN-dən Qanunla.Aza verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmənin hökmünə əsasən S.Durmuşova Cinayət Məcəlləsinin həmin  maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdir.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki