image-qanunla-reklam
image-2016-12-15-15-49-21fahise

Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS OLUNDU

image-lady-day-az

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub. 

DİN-dən “Qanunla.az”a verilən məlumata görə, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən G.Məhərrəmova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki