image-970_50
image-img_20211205_094253

“Qalatasaray” heç-heçə etdi

image-suni_mayalanma_qiymeti

Futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Altay”ı qəbul edib.

Qanunla.Az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib – 2:2.

Günün digər matçında isə “Trabzonspor” öz meydanında “Adana Dəmirspor”un qapısından iki cavabsız top keçirib. “Sivasspor” isə səfərdə “Alanyaspor”u minimal hesabla məğlub edib – 1:0.

Turun digər matçları isə dekabrın 5-də və 6-da keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 13 xal geri qalan “Konyaspor” ikinci, sonuncu ilə eyni xala malik olan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki