image-qanunla-reklam
image-fotojet-2021-04-02t112923-702

“Qalatasaray”ın sabiq futbolçusu Ronaldunun müdafiəsinə qalxdı

image-lady-day-az

“Qalatasaray” klubunun sabiq müdafiəçisi, hazırda Braziliyanın “Palmeyras” klubunda çıxış edən Felipo Melo portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun müdafiəsinə qalxıb.

Futbolçunun fikirləri “Tuttomercatoweb” portalında dərc edilib.

O, qeyd edib ki, “Yuventus” dünyanın ən yaxşı 5-6 klubu siyahısında öz yerini qoruyur:

“Hər mövsüm çempion olmaq mümkün deyil. Ardıcıl doqquz ildir bunu etdilər və iki dəfə Çempionlar Liqasının finalına çıxdılar. Komanda hələ də çox güclüdür.

Ronaldonu necə tənqid etmək olar? O və Messi həyatımda gördüyüm ən yaxşı futbolçulardır. Ronaldu yalnız “Yuventus”un deyil, ümumiyyətlə dünya futbolunun ulduzudur, əfsanədir. Belə bir futbolçu sorğu-sual oluna bilməz. Ronaldunu tənqid edənlər gərək ağızlarını yaxalasınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki