“Qalatasaray”a məğlubiyyət turnirdən kənarda qalmaq deməkdir. İlk oyunun birinci hissəsindəki çıxışı bəyənmədim. Bu dəfə matça daha intensiv başlamalıyıq”.
“Qanunla.az” xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis “Nou Kamp”da qolsuz bərabərlik qeydə alındığından, İstanbuldakı qarşılaşmanın həlledici olacağını söyləyib: “Qalatasaray”la oyun bizim üçün finaldır. Rəqib üzərində heç bir üstünlüyümüz yoxdur. Qalib gələrək, Avropa arenasında mübarizəni davam etdirə biləcəyimizi göstərməliyik. Rəqib yaxşı müdafiə olunur. Biz isə topa sahib olmağa, boşluqlar tapmağa və daha çox qol imkanı yaratmağa çalışmalıyıq”.
42 yaşlı çalışdırıcı martın 20-də La Liqanın XXIX turunda “Real”la keçiriləcək görüşü düşünmədiklərini vurğulayıb: “Hazırda bütün diqqətimiz “Qalatasaray”la oyunadır. “El Klasiko” barədə fikirləşmirik. “Real”la matça hazırlaşmağa vaxtımız olacaq. Bizim bu mövsüm əsas hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Avropa Liqasının qalibi olmaq da bunun mümkün yollarından biridir”.
Qeyd edək ki, bu gün keçiriləcək “Qalatasaray” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.