“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qalib dövlətin vətənpərvər gəncləri” adlı layihəsi çərçivəsində Zərdab şəhər 3 saylı məktəbdə 35 nəfər şagirdin iştirakı ilə maarifləndirmə görüşü keçirmişdir.
Qanunla.Az xəbər verir ki, ilkin olaraq tşkilatın sədri Vəfa Xəlilli görüşdə donor, təşkilat və layihənin gedişatı, layihənin məqsədi və məsuliyyətli vətəndaş modeli haqqında danışdı. Layihənin növbəti mərhələsində Göyçay şəhərində Region gənclərinin iştirakı ilə 2 günlük “Vətənpərvər Gənclik düşərgəsi”nin keçiriləcəyi haqda məlumat verdi.
Layihə rəhbəri Kəmalə Xəlilli vətənpərvərlik hisslərinin və milli dəyərlərin möhkəmləndirilməsinin vacibliyini vurğuladı, eyni zamanda sağlam və güclü bir gələcək nəsil yetişdirmək üçün onların milli ideologiyaya olan təsir risklərinin azaldılması zərurətindən danışdı. Təlim interaktiv şəkildə müzakirələrlə aparıldı.
Layihənin məqsədi məsuliyyətli vətəndaş modelinin gənclərə aşılanması, onlar arasında vətənpərvərlik tərbiyəsinin inkişafı və milli və mənəvi dəyərlərin təbliğ edilməsi, ideoloji risklərin təsirinin azalmasının təmin edilməsindən ibarətdir.
“Gəncliyə Dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli