image-qanunla-reklam
image-1621707841_baliq_1530104911

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

image-lady-day-az

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir Su Anbarında və Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qanunla.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Məmmədcan Məmmədov, Fərrux Səmədov, Abil Abdurəhmanov, Lənkəran rayon sakinləri Mail Əhmədov, Rəsul Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki