image-qanunla-reklam
image-1631684520-benzinkoaoao

Qanunsuz benzin satan obyekt bağlandı

image-lady-day-az

Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Nazirlikdən “Qanunla.az”a verilən məlumata görə, məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtgü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göstərilən obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki