Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.
Həmin şəxslərdən 1 ədəd sənədsiz “İJ” markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.