image-qanunla-reklam
image-6930c892-f659-3776-88a1-15e597978646_850

“Qarabağ”a qol vuran futbolçu Bakıya gəlməyə bilər

image-lady-day-az

Polşa “Lex”inin futbolçusu Mikhael İshak Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak etməyə bilər.

Qanunla.Az-ın yerli mətbuata istinadən məlumatına görə, Almaniyanın “Sankt-Pauli” klubunda təklif alan isveçli hücumçunun tezliklə Poznan təmsilçisini tərk edəcəyi gözlənilir.

29 yaşlı forvard daha əvvəl bu ölkənin “Köln” və “Nürnberq” komandalarında da çıxış edib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” matçı saat 20:00-da başlayacaq. Poznandakı ilk qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Mikael İshak vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki