image-qanunla-reklam
image-1666904297-635aedf417c1f635aedf417c201666903539635aedf417c1b635aedf417c1e

“Qarabağ” Fransada “Nant”a məğlub oldu

image-lady-day-az

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

“Qanunla.az” xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxıb.

Ağdam təmsilçisi Fransada “Nant”ın qonağı olub. Şahruddin Məhəmmədəliyevin kobud səhvindən hesabı açan “bülbüllər” üstünlüyünü fasiləyədək qoruyub.

“Köhlən atlar” ikinci yarıda bərabərlik qoluna imza atıb. Filip Ozobiç penaltidən dəqiq istifadə edib – 1:1. Amma meydan sahibləri uzatma dəqiqələrində qələbə qolunu vurmağa müvəffəq olub – 2:1. Bununla da ikinci yerin taleyi sonuncu tura qalıb.

G qrupunun digər oyunu Almaniyada baş tutub. Liderlə autsayderin duelində “Frayburq” “Olimpiakos”u qəbul edib. Bu qarşılaşmada da 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, sonuncu turun görüşləri noyabrın 3-də təşkil olunacaq. “Qarabağ” “Frayburq”u, “Olimpiakos” “Nant”ı qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki