Təmsilçimiz “Qarabağ”ın Avropa Liqasındakı rəqibi məlum olub.
Qanunla.Az xəbər verir ki, “Qarabağ” 1/8 final mərhələsində “Bayer Leverkuzen” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Qarabağ” Almaniya təmsilçisi “Bayer Leverkuzen”lə bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində də qarşılaşıb. Hər iki matçda “Bayer” təmsilçimizə qalib gəlmişdi.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.
Digər 1/8 final cütləri:
“Sparta” Praqa (Çexiya) – “Liverpul” (İngiltərə)
“Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
“Milan” (İtaliya) – “Slaviya” Praqa (Çexiya)