Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun “Keşlə” – “Qarabağ” oyununda Vətən müharibəsinin ildönümü yad edilib.
Bu barədə “Qarabağ” futbol klubunun “Facebook” rəsmi səhifəsində paylaşılıb.
Qeyd edilib ki, qonaq komanda meydana hərbi geyimdə çıxıb.
Həmçinin futbolçular üzərində “Qəhrəmanları olan Vətənin bayrağı enməz” şüarı yazılmış pankart açıblar.
Daha sonra Dövlət Himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və “Qarabağ” 1:0 hesabı ilə öndədir.