image-qanunla-reklam
image-e4beec2d-95c2-4654-9626-7fbfc38d0bf3

Qarabağ müharibəsi veteranını şərləyib həbsə göndərmək istəyirlər…

image-lady-day-az

Qarabağ müharibəsi veteranını şərləyib həbsə göndərmək istəyirlər…

13 aprel 2019-cu il tarixdə günorta saatlarında Seyidov Orman Mirhəsən oğlu sevgilisi Nağıyeva Ayşən Mirhəsən qızının evində onunla görüşmüşdür. Onların “məhəbbəti” o qədər böyük imiş ki, Nağıyeva Ayşən öz uşaqlarının və qayınarvadı Məmmədova Vahidənin uşaqları ilə evdə olmasını, həyat yoldaşının iş yerinin evdən təxminən 600 metr məsafədə olmasını belə nəzərə almamışdır. Amma Seyidov Orman “ehtiyat igidin yaraşığıdır” deyərək taksi sürücüsü Surxayzadə Anar Fizuli oğluna və Calalzadə Hikmət Rasim oğluna sevgilisinin həyat yoldaşının mağazasının qarşsında duraraq evə kimsə gəlsə məlumat vermələrini tapşırmışdır.

Amma Məmmədova Vahidə otağa girərək onları qeyri-etik vəziyyətdə görmüş və bunu hər kəsə deyəcəyini bildirmişdir. Bundan sonra sevgililər gizli “məhəbbətlərinin” ortaya çıxacağından qorxaraq Məmmədova Vahidəni 3 yaşlı oğlunun gözü qarşında mismarlı taxta parçası ilə dəfələrlə vurmuş, bununla kifayətlənməyib onu boğaraq ağzına çirkli uşaq bezi (uşaq pampersi) tıxayıb öldürmüşlər. Amansızcasına qətlə yetirdikləri Məmmədova Vahidənin başına sellofan torba keçirərək onu sintetik torbaya qoymuşlar. Bundan sonra Seyidov Orman “cangüdənləri” Calalzadə Hikmət Rasim oğluna və taksi sürücüsü Surxayzadə Anar Fizuli oğluna zəng edərək sonuncuya məxsus “Mersedes Benz” markalı, 99-CF-146 dövlət qeydiyyat nişanlı avtomibili evin qarşısına sürmələrini istəmişdir. Seyidzadə Orman Calalzadə Hikmətin köməkliyi ilə meyiti Surxayzadə Anarın avtomobilinin yük yerinə qoymuşdur. Sonra isə birlikdə meyiti Araz çayına atmışlar. Missiyalarını tam başa vurduqdan sonra öz həyatlarına normal şəkildə davam etmək üçün hadisə yerindən uzaqlaşmışlar.
Qonşu Fərzullayev Sədulla Yadulla oğlu Məmmədov Emin və Məmmədov Umudvarın evindən tanımadığı şəxslərin çıxaraq maşına torba qoyduğunun şahidi olmasaydı, bəlkə də bu vəhşicəsinə törədilmiş cinayət uzun müddət aşkar olunmayacaqdı. Belə ki, Fərzullayev Sədulla Nağıyeva Ayşənin həyat yoldaşı Məmmədov Eminə zəng edərək tanımadığı şəxslərin onların həyətindən maşına torba qoyaraq apardıqlarını bildirmişdir. Məmmədov Umudvar həyat yoldaşı Vahidəyə zəng edərək bu barədə məlumat almaq istəsə də, sonuncu telefona cavab verməmişdir. Nə olduğunu öyrənmək məqsədi ilə o, evə getmişdir. Lakin Vahidə evdə olmamış, hətta Nağıyeva Ayşən Vahidənin qonşuya getdiyini bildirmişdir. Bir müddət gözləsələr də, Məmmədova Vahidə evə qayıtmamışdır.
Bundan sonra narahat olan Məmmədov Umudvar hadisə barədə bir neçə qohumlarına xəbər vermişdir. Məmmədov Vahidənin dayısı Şirəliyev Canəli Əvəz oğlu da onun evdə olmaması barədə məlumat əldə etdikdən sonra Umudvargilə getmişdir. Ən dəhşətlisi də odur ki, Nağıyeva Ayşən və Seyidov Orman evdə elə bir görünüş yaratmışlar ki, guya Məmmədova Vahidə kimləsə evdən qaçmışdır. Bir neçə şəxs gəldikdən sonra Nağıyeva Ayşən Vahidənin kiminsə maşınına minərək getdiyini belə demişdir.
Nəhayət avtomobilin kimə məxsus olduğu bilindikdən sonra onlar Surxayzadə Anargilin evinə getmişlər. Surxayzadə Anarı yuxudan duraraq ilk öncə heç bir məlumat verməsə də, sonradan atasına nələrsə demişdir. Atası Astanov Fizuli isə “mənim oğlumluq bir şey yoxdur, gedin Nərimanın oğlu Ormandan yapşın, gedin o göstərsin” demişdir. Çoxsaylı təkidlərdən sonra Surxayzadə Anarla birlikdə digər şəxslər meyitin atıldığı yerə getmişdir. Surxayzadə Anar yolda çaya atılan torbada zibil yox, meyit olduğunu etiraf etmişdir. Şirəliyev Canəli və Məmmədov Umudvar bir ümid Vahidə sağ olar deyə körpünün altında həmin torbanı axtarmışdır. Torba tapıldıqdan sonra hər kəs dəhşətli mənzərə ilə qarşılaşmışdır. Vahidənin başına qara sellefon keçirilmiş,qan içində və ağzına çirkli uşaq bezi (uşaq pampersi) tıxanmış cansız bədəni…
Vicdanı, qüruru, insanlığı olan hər bir şəxsin yaşayacağı hissləri  Şirəliyev Canəli və Məmmədov Umudvar da yaşamışdır. Canəli körpünün üstünə çıxaraq Surxayzadə Anara sadəcə bir şillə vurmuşdur. Surxayzadə Anarın atası isə Canəli ilə dalaşaraq onu oğlundan aralaşdırmışdır. Həmin vaxt Məmmədov Umudvar körpünün üstünə çıxaraq Surxayzadə Anara 4 dəfə bıçaq xəsarəti yetirmişdir. İbtidai istintaq orqanının qanunsuz qərarları da elə bundan sonra qəbul edilmişdir. Surxayzadə Anar və atası yalandan ifadə verərək güya Canəlinin də onu bıçaqladığını, tanımadığı şəxslər tərəfindən döyüldüklərini bildirmişlər. Bütün şahid ifadələri, ekspert rəyləri, ata və oğlun ifadəsindəki ziddiyyətli hallar, ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmamış, Şirəliyev Canəli və Məmmədov Umudvara AR CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə ittiham elan edilmişdir.
Ən dəhşətlisi də odur ki, bacısı qızı vəhşicəsinə öldürülən Şirəliyev Canəli sadəcə Surxayzadə Anar və atası Astanov Füzulinin qeyri-səmimi, yalan, böhtan xarakterli ifadələrinə əsasan cinayət məsuliyyətinə cəlb olunur. Şirəliyev Canəlinin də,dediyi kimi ölən də bizdən, tutulan da bizdən… Atalar demiş, oğru elə bağırdı, doğrunun bağrı yarıldı…
Məmmədova Vahidənin meyitini çaya atdıqdan sonra evə gəlib rahat-rahat yatan
Surxayzadə Anar Allahına şükür etsin ki, Şirəliyev Canəli və Məmmədov Umudvar onu öldürməyiblər. Surxayzadə Anara AR Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə (qababcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) ittiham verilərək barəsində həbs qətimkan tədbiri seçilsədə o, sonradan azadlığa buraxılmışdır. Hazırda həmin cinayət işi İmişli Rayon Məhkəməsinin icraatındadır.
Günahsız birinin bu cür vicdansızın ifadəsinə əsasən ittiham edilməsi ədalətsizlikdir. Vicdan sahibi olmayan Surxayzadə Anar öz cinayətkar əməlini yumşaltmaq, insanların gözündə mərhəmət qazanmaq üçün günahsız bir şəxsə böhtan atır. Nə yazıq ki, İmişli rayon prokurorluğunun əməkdaşları da ata-oğlun istədiyinə nail olması üçün lazım olan hər şeyi ediblər.
Şirəliyev Canəli Əvəz oğlu Surxayzadə Anara bıçaqla xəsarət yetirməmiş, sadəcə ona bir şillə vurmuşdur. Bunu şahid ifadələri, ata-oğlun ifadəsindəki ziddiyyətlər, ekspert rəyi və digər hallar da bir daha təsdiq edir.

Qeyd edək ki,Qarabağ müharibəsi veteranı Şirəliyev Canəli Əvəz oğlunu günün-günorta vaxtı şərləyib 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmək istəyirlər.Təqsirləndirilən şəxs Şirəliyev Canəli Əvəz oğlunun müdafiəçisi vəkil Məmmədov Adəm Məhərrəm oğludur. O bildirir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin Şirəliyev Canəli Əvəz oğlu barəsində bəraət hökm çıxaracağına ümid edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki