Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub.
Qanunla.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.
Prezident qeyd edib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb:
“Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”, – Prezident İlham Əliyev vurğulayıb.