image-qanunla-reklam
image-received_460599508488973

Qarabağ qazisi Elvin Əhmədzadəni tanıyaq-FOTO

image-lady-day-az

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Haqqında bəhs edəcəyimiz həmin igidlərdən biri də,Əhmədzadə Elvin Canəhməd oğludur. O,1996-cı ildə may ayının 9-u Bakı şəhərində ziyalı ailəsində anadan olub.

2013-2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetin iqtisadiyyat fakültəsini bitrib.

Füzulidən -Xocavənd istiqamətində hücuma keçəndə Tank əleyhinə raketin qəlpələrinə tuş gələrək ağır yaralanıb.

Elvinin ən böyük arzusu Şuşaya qədər döyüşüb çixmaq olub.Ancaq qazimizin arzusu yerinə yetmədiyi üçün çox heyfislenir.O, şiddətli döyüşlərdə ağır yaralanır.

Atası Canəhməd Əhmədov Azərişiq Açiq Səhimdar Cəmiyyətində yüksək vəzifə sahibidir.Əməkdar Mühəndis olmaqla yanaşı,Qarabağın hər rayonuna,kəndinə işıqların çəkilməsində bilavasitə rəhbərlik edir.Döyüşler başlayan gündən yani 27 sentyabrdan Azərişıqın Qarabağ üzrə Rəisidir.

Qeyd edək ki, Elvin Əhmədov ağır yaralanaraq 30 gün travmatologiyada yatıb.Üç dəfə əməliyyatt olub.

image-received_460599508488973 image-received_154982543233912

image-img_20210430_144616


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki