image-qanunla-reklam
image-1586667949_689071_1585486160_polis_karantin_290320_2

Qarabağ qazisi Nəsimi rayon DYP-nin əməkdaşlarına təşəkkür etdi

image-lady-day-az

Qarabağ qazisi Əliyev Fəxrəddin Kamal oğlu  idarə etdiyi avtomobilə Nəsimi rayonunda qəza vəziyyətinə düşən sürücünün köməyinə yol polisləri gəlib.

Bu barədə Qanunla.Az-a Fəxrəddin Əliyev məlumat verib.

Bu yaxınlarda  idarə etdiyim avtomobilə hərəkətdə olarkən qəzaya düşdüm. Nəsimi rayon ərazisindən  keçərkən maşınımın qabaq təkəri birdən-birə gözlənilmədən partladı. Disk də əyildi. Maşını birtəhər saxlaya bildim”.

Qəzadan sonra  ehtiyyat təkərim olmadığı üçün yoldan keçən maşınların sürücülərindən kömək istədim. Lakin  nə qədər işarə verdimsə də, saxlayan olmadı. Bir qədər sonra mənə Nəsimi rayonun Dövlət Yol Polis idarəsinin əməkdaşları yaxınlaşdı.Onlar avtomobili daha təhlükəsiz yerə çəkərək yoldan keçən maşınlardan birini saxladılar. Həmin sürücünün razılığı və qaytarmaq şərti ilə mənə bir ədəd ehtiyyat təkər veriblər.”Təxminən bir saat ərzində yol polisləri mənim yanımda oldular. Təkəri dəyişməyə kömək etdilər. Allah onlardan razı olsun. Mənə kömək edən, təkər və açar verən sürücülərə də təşəkkür edirəm. Söz vermişəm, sabah təkəri aparıb sahibinə qaytaracam”.

Həmin Nəsimi rayon DYP-nin əməkdaşlarının adlarını unutmuşam.Bu yaxşılığa görə, başda cənab General-polkovnik Vilayət Eyvazov olmaqla,həmin polislərə təşəkkür edirəm.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki