image-qanunla-reklam
image-1618306207-686759-47534f9f-e6cc-3f21-9425-c067daef6c32_850-450x250

Qarabağa qayıdış Cəbrayıldan başlayır

image-lady-day-az

Qarabağa qayıdış Cəbrayıldan başlayır.

Dağlardan o yanda qaldı sevincim,
Qaçıra bilmədim özüm qaçanda.
Şəridi qırıldı, dağıldı incim,
Sar qartal yurduna qanad açanda
Çatdım, sığışmadı düzlər şələmə
Uc-uca gəlmədi doğanaq, sicim.
İstədim dağları alım çiynimə,
Xəyanət eylədi, çatmadı gücüm.
Pərişan, çinara əlvida dedim,
Kədərli-kədərli yellədi başın.
Suyundan bir ovuc içmək istədim,
Saxlaya bilmədi kəhriz göz yaşın.
Bir dəst yorğan-döşək götürə bildim,
Bir də rəngi getmiş əski bir kilim.
Küskün Cəbrayıldan Bakıya gəldim,
Soldu gülüstanım, əyildi belim.
O gündən bu günə on illər keçir,
Köçkünəm, qaçqınam, çaşqınam hələ.
Fikrimdə qurduğum saraylar çökür,
Ad qoya bilmirəm acı niskilə.
Şəhərdə gözəl bir ev də veriblər,
İanə, yardım da alıram hər ay.
Eh heyf, vətənsiz ötüşür illər,
Haray, Cəbrayılım, haray, ay haray!
(Cəbrayıllı bir köçkünün dilindən)

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayılı işğaldan azad etdi.Cəbrayıl sakinlərinin arzusu yerinə yetdi.Vətən haraylarına son qoyuldu. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Onuda deyim ki,Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.Hal-hazırda bərpa işləri gedir və Cəbrayıl sakinləri torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər.
Qarabağ Azərbaycandır!

Quliyev Ayaz.
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki