image-qanunla-reklam
image-1624276415_76326-1624273839

Qarabağda döyüşmüş erməni komandir HƏBS EDİLDİ

image-lady-day-az

Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Monax” xüsusi kəşfiyyat və diversiya dəstəsinin komandiri Artur Ayvazyan gecə saatlarında saxlanılıb.

Qanunla.Az xəbər verir ki,  bu barədə  erməni  KİV-ləri  məlumnat yayıb.  Belə ki, komandir  Ermənistanda müharibə  ilə  bağlı  çəkiləcək filmdə  bəzi açıqlamalar, o cümlədən, Şuşaya gedən yolun əldən çıxması ilə bağlı konkret ifşaedici faktları ortaya qoyub.

Həmçinin ictimai  fəal kimi tanına erməni  komadırın həbsi  ölkədə tuğyan yaradıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Artur Ayvazyan tez-tez müharibədə gördüyü çatışmazlıqlar ilə bağlı hakimiyyət əleyhinə çıxışlar edirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki