image-qanunla-reklam
image-ordu-telim

Qarabağda əməliyyatların dayandırılması… – ATƏT PA

image-lady-day-az

Qarabağda hərbi əməliyyatların dayandırılmasından sonra irəliləyiş əldə olunub.

Qanunla.Az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) məruzəçisi Laurinas Kaşyunas assambleyanın qiyabi iclası zamanı deyib.

O bildirib ki, xüsusilə, həlak olanların qalıqlarının qaytarılması məsələsində irəliləyiş əldə olunub:

“Mən həm də vurğulamaq istəyirəm ki, sərhədlərin demarkasiyası və delimitasiyası danışıqlar yolu və və sırf dinc vasitələrlə həyata keçirilməlidir. İkinci Qarabağ müharibəsindən sonra döyüşlər zamanı həlak olanların sayı bir neçə dəfə nəzərdən keçirilib. Partlamamış sursatlarla əlaqədar dinc əhali arasında tez-tez qurbanların olduğunu nəzərə alsaq, bir müddət əvvəl 15 saxlanılan şəxsin müqabilində Ağdam rayonunun mina xəritələrinin verilməsini alqışlamaq olar. Mən bu mübadilədə uğurlu vasitəçiliyinə görə Gürcüstan, ABŞ və Avropa İttifaqına minnətdarlığımı bildirmək istəyirəm və Azərbaycanla Ermənistanı bu konstruktiv yöndə işini davam etdirməyə çağırıram”.

O əlavə edib ki, mövcud aktual problemlərin istənilən siyasi həlli yalnız tərəflərin konstruktiv əməkdaşlığı və ATƏT Minsk qrupunun tammiqyaslı iştirakı ilə mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki