image-970_50
image-kuznetsovoleg1

Qarabağda sülhməramlı öldürüb… – İrəvanın şok planı

image-728_90

Tarixən Qafqaz regionunda ermənilərin mövcudluğu həmişə Rusiya hakimiyyəti ilə ermənilərin heç bir əlaqəsi olmadığı yerli əhali arasında münaqişə salmaq ilə bağlı olub.

Bu barədə Qanunla.Az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Odur ki, hazırkı şəraitdə də rəsmi İrəvan üçün Bakı ilə Moskva arasında nifaq toxumu əkməkdən xoş heç nə yoxdur. Məhz bu səbəbdən də təxribatlar törədilir – “sərxoş” erməni hərbçiləri Azərbaycan Ordusunun mövqelərinə sülhməramlıların başının üstündən atəş açır. Məqsəd – bir və ya daha artıq rus əsgərinin ölümünə səbəb olmaq və hər şeyi Azərbaycan əsgərinin üstünə atmaqdır. Bunu onlar yaxşı bacarır”, – deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, eyni zamanda, başa düşmək lazımdır ki, bu cür provokasiyalar Rusiya sülməramlıları üçün də vacibdir:

“Çünki bu tip səs-küylü prosseslər olmadığı halda rus sülməramlılarının da Qarabağda olmasına gərək qalmır. İkincisi, erməni əhalisinin özü belə Qarabağdan qaçıb çıxıb getmək istədikləri bir dövrdə rus əsgərlər onları təxribatlara görə incitmək istəmir. Çünki regionda ermənilər qalmadığı sürədə də sülməramlılara ehtiyac qalmayacaq.

Əsas odur ki, İrəvan və bütünlükdə erməni xalqı artıq tam olaraq anlayır ki, hətta böyük dövlətlərin dəstəyi ilə olsa belə, onlar Qarabağı yaddan çıxarmalı olacaq.

İrəvan bunu dərk eləsə də, anlasa da, öz məkrli planlarında əl çəkməyəcək. Hər yolla Azərbaycana pislik etməyə çalışacaq. Əsas məqsəd isə Azərbaycan əsgəri ilə rus sülməramlıları arasında nifaq salmaqdır. Bu səbəbdən Bakı daha diqqətli olmalıdır”, – deyə Kuznetsov bildirib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki