image-qanunla-reklam
image-271392481_2739657979669989_6121776695388147176_n

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişdiriləcək

image-lady-day-az

 

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Belə ki, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işlərinin getdiyi bildirilir. Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkovun əvəzləyəcəyi qeyd olunur.

Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub.

O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki