Bakı şəhərinin Qaradağ rayonunda yarımstansiyanın ərazisində transformatorun yağı və sarğıları yanıb.
FHN-dən “Qanunla.az”a verilən məlumata görə, yarımstansiyanın ərazisindəki digər 2 ədəd transformator və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.