Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
Qanunla.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Göygöldə dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Ölənlərdən 1-i qardaş, 2-si bacı olmaqla 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S.Müseyibovadır.
Faktla bağlı araşdırma aparılır.