image-qanunla-reklam
image-1000-1

Qardaşlar 30 ildən artıqdır ki, bir-birlərinə eyni Milad hədiyyəsi verirlər – FOTO

image-lady-day-az

 

Amerikanın Nyu-Hempşir ştatından olan qardaşlar 30 ildən artıqdır ki, bir-birlərinə eyni Milad hədiyyəsini verirlər.

Qeyri-adi ənənə 1987-ci ildə Rayan Vassonun zarafatla qardaşı Erikə Milad üslubunda bir qutu şokolad verməsi ilə başlayıb. O, belə bir hədiyyənin qətiyyən qardaşının xoşuna gəlməyəcəyini bilirdi.

Erik buna cavab olaraq qutunu saxlayıb və növbəti Milad bayramında qardaşına verib. Rayan öz hədiyyəsini tanıyıb…

Həmin vaxtdan bəri qardaşlar bunu ənənə halına salıblar. Onlar hətta növbə ilə sonuncu hədiyyə tarixini qeyd edən xüsusi jurnal da hazırlayırlar.

Qardaşlar hədiyyə təqdim etmək üçün xüsusi yaradıcı yollar tapırlar. Məsələn, buz parçasının içində dondurulmuş şəkildə, yaxud jelenin içində, bəzən də oyuncaq ayıya tikilmiş şəkildə hədiyyəni bir-birlərinə verirlər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki