image-qanunla-reklam
image-eli-nagiyev-qaribasvili

Qaribaşvili Əli Nağıyevlə görüşdü

image-lady-day-az

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə görüşüb.

Qanunla.Az  xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, görüşlərdə təhlükəsizlik əməkdaşlığının əsas sahələri müzakirə edilib və Gürcüstan və Azərbaycan təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki