Qarşıda yeni perspektivlər açılıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu Gəlmə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev YAP-ın seçki proqramı haqqında məlumatları diqqətə çatdırıb, partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu qeyd edib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Lamiyə Bədəlova, Həmid Həmidov, Rzağa Quliyev, İsrayıl İsayev və Şamo Hüseynov həyata keçirilən layihələrdən bəhs ediblər. Bildirilib ki, bələdiyyələrin qarşısında yeni vəzifələr dayanır. Onlar bu vəzifələrin uğurla həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Qədir Hüseynov, Mirzə Abbasov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.