Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
***
Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.
O, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.