image-qanunla-reklam
image-e41f83bb-1e7c-4413-b940-e5050561bd8d-960x642

Qayğıya Ehtiyacı Olan Bütün Vətəndaşlar Dövlət Tərəfindən Dəstəklənir

image-lady-day-az

Ölkəmizin başçısı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayığısının bariz nümunəsi onun imzaladığı Sərəncam və Fərmanlarında kifayət qədər əks olunub və bu reallıq, söz yox ki, hər bir azərbaycanlını sevindirir. Torpaqlarımız uğrunda canlarından keçmiş oğul və qızlarımızın hər birinin ailələri bu diqqətə layiqdirlər. Cənab İlham Əliyevin “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” kəlamı qeyd edilən bütün fikirləri sübuta yetirir. Bu, ölkəmizdə şəhid ailələri də daxil olmaqla, vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunun göstəricisidir.
Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub: Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, Son 17 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə Fərman və Sərəncam imzalayıb. onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir.
İnanırıq ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Belə ki, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və hər bir azərbaycanlı, ölkə vətəndaşı bu addımlardan qürur, fərəh hissləri keçirir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi sahəsində həyata keçirilən bütün bu tədbirlər göstərir ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir və bundan sonra da belə olacaq.
Rövşən Əzizov, DSMF-nun 9 saylı Regional Ərazi filialının baş mütəxəssisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki