image-qanunla-reklam
image-perviz_shahbazov_121017

Qaz kəmərlərimiz Türkiyə üçün əhəmiyyətlidir – Nazir

image-lady-day-az

Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqlarından bugünədək 42 milyon ton kondensat və 399 milyard kubmetr təbii qaz hasil olunub.

Qanunla.Az  xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda çıxış edərək deyib. O bildirib ki, ümumi dəyəri 176 milyard dollar olan 600 milyon tondan çox neft və 135 milyard kubmetr qaz ixracın payına düşüb. “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının istismara verilməsi gözlənilir. Bu platformadan neft məhsullarının hasilatı gələn ilin əvvəlinə planlaşdırılıb. Enerji layihələrinin inkişafı üzrə işlər davam etdirilir.

Nazir nəzərə çatdırıb ki, neft sektoru ölkəmizin strateji əhəmiyyət kəsb edən sahəsidir. Neftimizi dünyanın onlarla ölkəsinə ixrac edirik, Azərbaycan nefti öz unikallığı ilə seçilir. Azərbaycanın iştirakçısı olduğu enerji marşrutlarının genişləndirilməsi üzrə tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın qaz kəmərləri Avropa ölkələri və Türkiyənin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki