image-970_50
image-qaz-sayqac

Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidir?

image-suni_mayalanma_qiymeti

Azəriqaz İB-nin əməkdaşları tərəfindən avtomatik olaraq sıfırlanmayan mexaniki-elektron qaz sayğaclarının sıfırlanması prosesi davam etdirilir.

Qanunla.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabatın hər il yanvarın ilk ongünlüyündə aparıldığını bildirib.

“Sayğacların sıfırlanması yanvarın 10-dək davam edəcək. Əməkdaşlarımız prosesdə iştirak edir. Vətəndaşlardan da xahiş etmişik ki, mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı Vatsap nömrəsinə göndərsinlər. Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır” – deyə o, qeyd edib.

E.Vəliyev onu da əlavə edib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.

Qeyd edək ki, dünən açıqlanan məlumata əsasən yanvarın 1-dən etibarən 104 min abonent sayğaclarının görüntüsünü Azəriqaz İB-nin müvafiq nömrəsinə göndərib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki