image-qanunla-reklam
image-vikram

Qazaxıstan qırğız musiqiçini azad etdi

image-lady-day-az

Qazaxıstanda həbs olunan qırğız musiqiçi Vikram Ruzaxunov azad edilib.

Qanunla.Az  xəbər verir ki, bu barədə qırğız mətbuatı məlumat yayıb.

“Hazırda musiqiçi evinə yola salınır. Əlavə məlumat verilmir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanda aksiyalarda tutulan Qırğızıstan vətəndaşının açıqlaması yayılmışdı. Açıqlamasında bildirmişdi ki, 200 dollar qarşılığında Qazaxıstanda iğtişaşlarda iştirak etmək üçün naməlum adamlar tərəfindən ona zəng olunub.

Dünən isə məlum olub ki, işsiz və terrorçu kimi təqdim olunan həmin şəxs Qırğızıstanın məşhur musiqiçisi Vikram Ruzaxunovdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki