image-qanunla-reklam
image-365455

Qazaxıstanın dəstəyi və həmrəyliyi

image-lady-day-az

Qazaxıstanın dəstəyi və həmrəyliyi

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Qazaxıstan hökuməti hadisəyə həssas yanaşaraq Nəqliyyat Nazirliyi yanında aviasiya hadisələrini araşdıran təhqiqat komissiyası “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı iş planını müəyyənləşdirib. Komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin direktoru Nurjan Malayev araşdırma üzrə səlahiyyətli şəxs təyin edilib. Qazaxıstan Nəqliyyat Nazirliyinin araşdırma komissiyasının məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyən etmək və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır. Bu komissiya Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.

Komissiyasa yarandıqdan dərhal sonra Marat Karabayevin sədrliyi ilə qərargahda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Qazaxıstana gələn 17 beynəlxalq ekspertin iştirakı ilə müşavirə keçirilib. Komissiya iş planını müəyyənləşdirib. Beləliklə, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək. Hava gəmisinin elementlərinin toplanması üçün anqara baxış keçirəcək. Bu elementlərin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcəyi məlumatı vurğulanıb. Qeyd edək ki, təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident cənab İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə keçirilən vida mərasimində  Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevada iştirak etmişdir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən təyyarənin hər iki pilotu həlak olub. Dekabr ayında Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı.

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Bu qəza zamanı təyyarənin bütün ekipaj üzvləri – Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə və Rəhimli Aydan – həyatlarını sərnişinləri xilas etmək üçün fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Pilot kabinəsində əyləşən Kşnyakin İqor və Kalyaninov Aleksandr qəzanın qarşısını almaq üçün son ana qədər mübarizə apardılar. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Təyyarəni mümkün qədər təhlükəsiz bir yerə endirmək üçün hər düyməyə toxunduqları an, əslində insan həyatının əhəmiyyətini bir daha sübut edirdi. Kşnyakin İqor, kapitan pilot kimi, böyük soyuqqanlılıq nümayiş etdirirdi. Onun üçün sərnişinlərin həyatı öz həyatından daha önəmli idi. İkinci pilot Kalyaninov Aleksandr isə kapitanın əmrlərini icra edərək idarəetmədəki kritik addımları atırdı. Onların hər ikisi aviasiyanın ən çətin anlarında belə soyuqqanlı qalmağın, peşəkarlığın və cəsarətin nə demək olduğunu bir daha göstərdi. Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə və Rəhimli Aydan Azərbaycan aviasiyasının əsl qəhrəmanlarıdır. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Onlar hər zaman xatırlanacaq və gələcək nəsillərə nümunə olacaq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki