Avropa bazarında mavi yanacaq fyuçerslərinin qiyməti bazar ertəsi gününə nisbətən 0,6% artaraq, min kubmetr üçün 900 dolları keçib.
Qanunla.Az xəbər verir ki, bu barədə “ICE” birjasının məlumatında bildirilir.
Avropanın əsas mərkəzi olan Hollandiyada mavi yanacağın qiyməti min kubmetr üçün 883,2 dollara çatıb, sonra isə 900 dollara qalxıb. Qiymətlər Bakı vaxtı ilə saat 10:19 radələrində 918 dollara qədər yüksəlib.
Hazırda Avropada mavi yanacağın qiyməti elektrik enerjisi istehlakının artması ilə əlaqədar bahalaşır.