image-970_50
image-img_20211116_162054

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı ilə Qyonqcu şəhər meri arasında onlayn görüş keçirilib – FOTOLAR

image-suni_mayalanma_qiymeti

16 noyabr  2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı ilə Koreya Respublikasının Qyonqcu şəhərinin meri arasında onlayn görüş keçirilib.

Rezonans.az xəbər verir ki, onlayn görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının artıq bütün dünyada öz sözünü deməyə qadir olan, istər sosial-iqtisadi sahədə, istərsə də hərb sahəsində uğurlar əldə etmiş bir ölkə olduğunu,bu nailiyyətlərin əldə olunması, müstəqil ölkəmizin sosial-iqtisadi sahədə sürətli inkişafı üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsinin məntiqi nəticəsi olmasını vurğulamışdır. Görüşdə 2015-ci ilin 20 avqust tarixində Qəbələ şəhəri ilə Qyonqcu şəhəri arasında Dostluq Münasibətlərinin qurulması haqqında Sazişin imzalanması ölkələrimiz arasında mədəni, idman, turizm, iqtisadi və sair sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verdiyi qeyd edilmişdir.

Qyonqcu və Qəbələ şəhərləri arasında gələcək əməkdaşlıq üçün arxeoloji, turizm, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin artırılması, gələn il Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi ilə bağlı qarşılıqlı tədbirlərin keçirilməsi müzakirə edilmişdir. Sonda Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci il 6 iyul tarixdə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv dövlətlərin görüşünə ev sahibliyi etmək üçün Qyonqcu şəhərinin mübarizəyə qatılmasının dəstəkləndiyi bildirilmiş, bu işdə onlara uğurlar arzulanmış, Qəbələ və Qyonqcu şəhərləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Onlayn görüşdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosasiyasının əməkdaşları İrina Zeynalova və İradə Nəcəfova da iştirak etmişlər.

image-img_20211116_162224image-img_20211116_162309

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki